
Mizofobiya obessiv - kompulsiv (sayrışan hallar nevrozu) adlanan nevrozun bir növüdür. Mizofobiya zamanı insan daima çirkli əşyalardan, yerlərdən qorxur, qaçır. Belə insanlara bəzən vasvası, titiz deyirlər. Onlar saatlarla əllərini yuyur, çimir, evlərində hər şeyi dezinfeksiya etməyə çalışır...